ANAMA 56 nəfər iştirakı ilə əməliyyat keçirdi


00:33     01 Dekabr 2017 cocuq-mercanli-30.11.2017-14-cu-emeliyyat-gunu-3.JPG

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə təmizləmə əməliyyatları aparıb.


ANAMA-dan APA-ya verilən məlumata görə, Cocuq Mərcanlı kəndində gün ərzində 43 616 kv.m (4.36 ha) ərazi tam təmizlənib, 22 400 kv.m (2.24 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb, mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Əməliyyatlarda 56 nəfər iştirak edir.

Açar sözlər:

Oxunub: 569