ANAMA Cocuq Mərcanlıda 151 evi yoxlayıb


00:24     28 Mart 2017 agcebedi%20raket%20anama.JPG

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1 402 ədəd qəlpə aşkarlanıb, mina və partlamamış hərbi sursat aşkar edilməyib.


Bu barədə Femida.az -a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib. ANAMA tərəfindən 25 971 kv.m ərazi (399 kv.m əl, 7 300 kv.m mexaniki üsul və 18 272 kv.m minaaxtaran itlərin dəstəyilə) yoxlanılıb.

Agentlik 41 gün ərzində Cocuq Mərcanlıda 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirib, 22 ədəd partlamamış hərbi sursat (4 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 3 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (2 ədəd PQ-7VL və 1 ədəd PQ-7VM), 2 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VM), 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) və 8 ədəd TM-62P3 minasının gücləndiricisi), 5 ədəd piyada əleyhinə mina (OZM-72) və 32 ədəd tank əleyhinə mina (8 ədəd tank əleyhinə TM-57 minası və 24 ədəd TM-57 tank əleyhinə minanın partladıcısı (MVZ-57)) aşkar edərək zərərsizləşdirib, 1 228 746 kv.m ərazi (421 635 kv.m əl ilə, 348 500 kv.m mexaniki üsulla, 113 min kv.m SENSYS dərinlik ölçən cihazı və 345 611 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlayıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə ANAMA yanvarın 1-dən martın 27-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 7 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 158 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirib, 5 001 ədəd partlamamış hərbi sursat, 73 ədəd tank əleyhinə mina və 8 ədəd piyada əleyhinə mina aşkarlayaraq zərərsizləşdirib, 1 283 180 kv.m ərazi (476 069 kv.m əl, 348 500 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 345 611 kv.m minaaxtaran itlərin dəstəyilə) yoxlayıb.

Açar sözlər:

Oxunub: 819