Rusiyada Xocalı ilə bağlı petisiya hazırlanıb
15:45 07 Mart 2017
Xocalı soyqırımının Rusiya Dövlət Duması tərəfindən tanınması üçün petisiya hazırlanıb.
Petisiyanın müəllifi erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran, erməni mifi haqqında çoxlu sayda araşdırmaların müəllifi olan tarixçi alim Oleq Kuznetsovdur.
O. Kuznetsov petisiyanın Rusiya Dövlət Dumasına və Federasiya Şurasına göndəriləcəyini bildirib.
Petisiyada Xocalı soyqırımının törədilməsi haqqında əmrin Ermənistanın indiki prezidenti, həmin vaxt Dağlıq Qarabağda bütün qanunsuz silahlı birləşmələrin qərargah rəisi və separatçıların “özünümüdafiə qüvvələri”nin komitə sədri olmuş Serj Sarkisyan tərəfindən verildiyi qeyd olunub.
Sənəddə bildirilir ki, Meksika, Türkiyə, Kolumbiya, Qvatemala, Peru, İordaniya, Honduras, Cibuti parlamentləri Xocalıda azərbaycanlılara qarşı erməni transmilli terroru tərəfindən soyqırım törədildiyini tanıyıb: “Pakistan, Sudan, İsrail, Çexiya, eləcə də İslam Konfransı Parlament Assambleyası Xocalı hadisəsini insanlığa qarşı cinayət kimi tanıyıb. Rusiya Dövlət Dumasının deputatlarını öz xarici həmkarlarından nümunə götürməyə, erməni terrorçularının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırımı, bəşəriyyətə qarşı cinayəti tanımağa çağırırq”. (APA)
https://www.change.org_medium=copylink
Femida.az
Oxunub: 2657
Oxşar xəbərlər
- Rusiyada kütləvi dava - Azərbaycanlı ağır yaralandı
- Rusiyada yaşayan azərbaycanlı alim vəfat etdi
- Rusiyada qəza: 10 nəfər ölüb
- Rusiyada həmyerlimiz 12 il azadlıqdan məhrum edildi
- Rusiyada dəhşətli terrorun qarşısı alınıb
- Rusiyada tatar dili dövlət dili ola bilər
- Rusiyada terrorun qarşısı alındı
- Rusiyada faciə - 5 uşaq yanıb öldü
- Rusiyada öldürülən azərbaycanlı tələbənin meyiti Bakıya gətirildi
- Rusiyada yaşayan azərbaycanlılar yeni diaspor təşkilatı yaradır