Deputatlarımız Almaniyaya gedir


23:14     09 Mart 2017 meclis9.jpg

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və deputat Rövşən Rzayev martın 9-da Almaniyanın paytaxtı Berlinə səfər edəcəklər.


Parlamentdən Femida.az -a verilən məlumata görə, deputatlar Almaniya Bundestaqında olacaqlar, həmkarları ilə bir sıra görüşlər keçirəcəklər.

Görüşlərdə iki ölkə arasında parlament əlaqələrinin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq, qanun yaradıcılığı sahəsində qarşılıqlı təcrübə və informasiya mübadiləsi aparılacaq.

Səfər martın 15-də başa çatacaq.

Açar sözlər:

Oxunub: 766