Baş Prokurorluq onları gizli dəfn etdi


21:38     05 Avqust 2015 050820151424495697997_2.jpg

Türkiyədə Suruç qətliamını törədən Şeyx Əbdürrəhman Alagöz və misirli İŞİD terror təşkilatı üzvünün meyitləri dəfn edilib.

Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hər iki terrorçunun cənazəsi Qaziantepdə kimsəsizlər məzarlığında dəfn edilib. 20 yaşlı Əbdürrəhman Alagözün cəsədi ailəsi tərəfindən qəbul edilməyib. Daha sonra Baş Prokurorluq onu kimsəsizlər qəbiristanlığında dəfn etməyi qərara alıb. Onunla birlikdə Kilis-Suriya sərhəddindəki döyüşlərdə öldürülən misirli İŞİD üzvü də gecə gizli yolla dəfn edilib.

Qeyd edək ki, iyulun 20-də Türkiyənin Şanlıurfa vilayətinin Suruç şəhərində terror aktı törədilib. Nəticədə 32 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. İstintaqın məlumatına görə, terror aktını 20 yaşlı Şeyx Əbdürrəhman Alagöz törədib. Türkiyə hakimiyyəti partlayışın İŞİD tərəfindən təşkil edildiyini açıqlayıb.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 3353