Bolqarıstan Türkiyədəki səfirini geri çağırıb


03:03     17 Mart 2017 04d30fab7258.jpg

Bolqarıstan Ankaranı ölkədə vaxtından əvvəl keçiriləcək parlament seçkilərinə müdaxilə etməkdə ittiham etdikdən sonra Türkiyədəki səfirini məsləhətləşmələr üçün geri çağırıb.


“Frans Press”in yaydığı məlumatda bu barədə deyilir.

Agentlik bildirir ki, bundan əvvəl Türkiyənin Sofiyadakı səfiri çıxışı zamanı Bolqarıstandakı türkyönümlü “Dost” partiyasını dəstəkləyib.

Bundan başqa rəsmi Sofiya Ankaranın Türkiyədə yaşayan 60 min bolqara ”Dost” partiyasına səs verməyə çağırdığını iddia edərək, bu addımı Bolqarıstanın daxili işlərinə birbaşa müdaxilə adlandırıb.

Bolqarıstanda parlament seçkilərinin keçirilməsi martına 26-na planlaşdırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 4269