Azərbaycanda minik avtomobillərinin qiyməti bahalaşıb
21:15 20 Mart 2017
Azərbaycanda minik avtomobillərinin qiymətləri bu ilin fevral ayında əvvəlki ayla müqayisədə 0,6% artıb. Yanvar-fevral aylarında isə illik müqayisədə qiymətlərdə 10% artım qeydə alınıb.
Femida.az -ın Report-a istinadən xəbərinə görə, fevralda minik avtomobillərinin ehtiyat hissələri də aylıq müqayisədə 0,9%, illik isə 12,4% bahalaşıb. Bu müddətdə ölkədə velosipedlərin qiymətində də artım qeydə alınıb. Belə ki, velosipedlər aylıq 1,4%, illik isə 15% bahalaşıb.
Xatırladaq ki, 2016-cı il yanvar-fevral aylarında minik avtomobillərinin qiymətində illik 8,8%, ehtiyat hissələrinin qiymətində 31,3%, velosipedlərdə isə 17,3% artım qeydə alınıb.
Oxunub: 891
Oxşar xəbərlər
- Azərbaycanda 5541 əcnəbi tələbə təhsil alır
- Azərbaycanda rekord əməliyyat - 134 milyonluq
- Azərbaycandan Türkiyəyə gedən avtobus kül oldu
- Azərbaycanda zəlzələ oldu
- Azərbaycanda bu dövlət qurumunun əmlakı satışa çıxarıldı
- Azərbaycanda sürüşmə təhlükəsi - XƏBƏRDARLIQ
- Azərbaycanda yeni publik hüquqi şəxs yaradıldı
- Azərbaycanda seysmik aktivlik fon səviyyəsindədir
- Azərbaycanda daha bir bank çöküşdə
- Azərbaycanda hamı bu məşqçi nənədən danışır - VİDEO