Taksi sürücüsünü bıçaqla hədələyən tutuldu
22:29 23 Mart 2017
Ucar rayonunda taksi sürücüsünü hədələyən şəxsdən narkotik vasitə götürülüb.
Femida.az -ın DİN-in saytına istinadən verdiyi məlumata görə, martın 21-də Ucar rayon sakini Əlvan Əliyev Zərdab RPŞ-yə müraciət edərək həmin gün idarə etdiyi "VAZ-2106" markalı avtomobilə sərnişin qismində əyləşən Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Ehtiram Balakişiyevin onu bıçaqla öldürəcəyi ilə hədələdiyini bildirib.
Zərdab RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Balakişiyev saxlanılıb, ondan 1 bıçaq və 135 qram marixuana götürülüb.
Oxunub: 852
Oxşar xəbərlər
- Taksi xidmətlərinə görə ƏDV necə hesablanacaq?
- Taksi sürücüsünə qarşı quldurluq edən şəxs saxlanılıb
- Taksidə qan töküldü
- Taksi sürücüsü məhkəmə zalından həbs edildi
- Taksi sürücüsü polislə dalaşdı - damarlarını doğradı
- Taksi sürücülərinin qəniminə hökm oxundu
- Taksi sürücülərinin qənimi tutuldu
- Taksilərdə vahid tarif rəqabəti boğacaq - Ekspert
- Taksim meydanı bağlanacaq
- Taksi sürücüsü döyüldü - Vəziyyəti ağırdı