İki piyada təkərlər altında can verdi
14:46 24 Mart 2017
Bakı şəhərində piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Femida.az-a verilən məlumata görə, martın 23-də paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində “Mitsubishi” markalı, 99 KC 718 dövlət nömrə nişanlı avtomobil yolu keçən 75 yaşlı kişini vuraraq öldürüb.
Digər hadisə isə paytaxtın Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində qeydə alınıb. "Daewoo" markalı, 90 US 366 dövlət nömrə nişanlı avtomobil yolu keçən 46 yaşlı kişini vurub. Piyada aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Oxunub: 757
Oxşar xəbərlər
- İkimərtəbəli ev yanıb
- İki qardaş birləşib narkotik əkdi - Salyanda
- İki körpə diri-diri yandı - Qobustanda faciə
- İki rayonun Yol Polisi rəisi dəyişdirildi
- İkimərtəbəli ev yanıb
- İki məhkum xəstəlikdən ölüb
- İki bacının öldüyü yanğınla bağlı RƏSMİ AÇIQLAMA
- İki qadını maşınla vurub öldürən sürücü tutuldu
- İki futbolçuya ömürlük cəza verildi
- İki nəfərə “Əməkdar jurnalist” fəxri adı verilib