Mənzildən 3 min manatlıq qızıl oğurlandı


17:55     24 Mart 2017 qizil%20gumus.jpg

Bakı şəhərində mənzildən 3 min manatlıq qızıl oğurlanıb.


Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də Lökbatan qəsəbəsindəki evlərin birindən 3000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Zaur Qaibov yaxalanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 842