4 otaqlı ev yanıb


14:39     25 Mart 2017 13878640961363594763_yangin45sadas1.jpg

Bakı şəhəri, Sabunçu rayonunda yanğın qeydə alınıb.


Femida.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan birmərtəbəli 4 otaqlı evin mətbəxində rəf 3 m2 sahədə yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 12 m2 sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 738