Qırğızıstanda yenə ara qarışır
01:13 26 Mart 2017
Qırğızıstanın paytaxtı Bişkekdə saxlanılan sabiq deputat Sadır Japarovun tərəfdarlarının təşkil etdiyi mitinq dağıdılarkən 68 etirazçı saxlanılıb.
Bu barədə məlumatı “RİA Novosti” agentliyinə Qırğızıstanın DİN rəhbərinin müavini Almaz Orozəliyev bildirib.
O bildirib ki, Xuliqanlığa yol vermiş və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı güc tətbiq etmiş 68 nəfər saxlanılıb. Orozəliyevin sözlərinə görə, etirazçılar kütləvi iğtişaşlar təşkil edərək, asayiş keşikçilərinə şüşə qablar və digər əşyalar atıblar, taxta parçaları ilə xəsarətlər yetiriblər. Onlar həmçinin DİN-ə məxsus avtobusun şüşələrini qırıblar.
Bundan əvvəl Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları son illər Kiprdə yaşayan sabiq müxalifətçi deputat Sadır Japarovu Bişkek aeroportunda saxlayıblar. Onun barəsində 2013-cü ilin noyabrın 7-də baş vermiş iğtişaşlarla əlaqədar CM-nin bir neçə maddəsi üzrə cinayət işi başlanılıb.
Femida.az
Oxunub: 1510
Oxşar xəbərlər
- Qırğızıstandan dəstək - Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
- Qırğızıstanda prezident seçkiləri başa çatıb
- Qırğızıstanda güclü zəlzələ olub
- Qırğızıstanda matəm elan edildi
- Qırğızıstanda torpaq sürüşməsi: 24 ölü
- Qırğızıstandan Azərbaycanın narazılığına REAKSİYA
- Qırğızıstanda matəm elan olunub
- Qırğızıstanda matəm elan olunub
- Qırğızıstanda zəlzələ olub
- Qırğızıstanda parlament seçkiləri keçirilir