Qırğızıstanda torpaq sürüşməsi: 24 ölü


14:48     29 Aprel 2017 401712240.jpg

Qırğızıstanın cənubunda yerləşən Oş vilayətində güclü torpaq sürüşməsi baş verib.


"İnterfaks"ın verdiyi xəbərə görə, torpaq sürüşməsi nəticəsində ilkin məlumata görə, 24 nəfər ölüb.

Hadisə bu gün səhər yerli vaxtla saat 7.00 radələrində Uzgen rayonunun Zərgər kəndində baş verib. Sürüşmə zonası 1 milyon kubmetr ərazini əhatə edir.

Sürüşmə nəticəsində 7 ev iri torpaq kütləsinin altında qalaraq dağılıb.

İlkin məlumata görə, ölənlərin hamısı hadisə vaxt evdə olub və torpaq qatının altında qalıb.

Hadisə yerinə FHN-in 100-dən artıq əməkdaşı cəlb olunub.

Onlar torpaq kütləsini təmizləməyə, torpağın altında qalanları çıxarmağa çalışırlar.

Femida.az

Açar sözlər:

Oxunub: 1135