Qırğızıstanda matəm elan edildi


20:05     29 Aprel 2017 qirgizistan83.jpg

Qırğızıstanın Oş vilayətinin Ayu kəndində torpaq sürüşməsi nəticəsində 24 nəfərin ölməsi ilə əlaqədar milli matəm elan edilib.


Femida.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bununla bağlı bu gün Qırğızıstan prezidenti Almazbek Atambayev müvafiq sərəncam imzalayıb.


Qeyd edək ki, aprelin 29-da yerli vaxtda səhər saat 07.20 radələrində Oş vilayətinin Ayu kəndində güclü torpaq sürüşməsi baş verib, 24 nəfər torpaq kütləsi altında qalıb.

Femida.az

Açar sözlər:

Oxunub: 795