Düşmən atəşkəsi 118 dəfə pozub
14:45 26 Mart 2017
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan (5 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 118 dəfə pozub.
Femida.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Dovex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Bala Cəfərli, Kəmərli, Fərəhli və Quşçu Ayrım kəndlərində, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Yarımca, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Femida.az
Oxunub: 1500
Oxşar xəbərlər
- Düşmən atəşkəs rejimini 140 dəfə pozub
- Düşmən kəndlərimizi atəşə tutub
- Düşməni məhv edəcək aparatlar sınaqdan keçirilib
- Düşmən iriçaplı pulemyotlardan atır - CƏBHƏDƏ GƏRGİN GECƏ
- Düşmən Ağdamın kəndini atəşə tutdu
- Düşmən kəndlərimizi atəşə tutub - Cəbhədən son xəbər
- Düşmən pulemyotlardan atır - CƏBHƏDƏ SON DURUM
- Düşmən pulemyotlardan atır - CƏBHƏDƏ SON DURUM
- Düşmən atəşkəsi pozmaqda davam edir
- Düşmən Qarabağda hərbi təlim keçirir