Rusiyada mitinq - Müxalifət lideri həbs edildi
23:16 26 Mart 2017
Rusiyanın tanınmış müxalifət lideri Aleksey Navalnı Moskvada, özünün təşkil etdiyi anti-korrupsiya mitinqində həbs edilib, şahidlər deyir.
Femida.az BBC-yə istinadən xəbər verir ki, etirazçılar onun polis maşınında aparılmasının qarşısını almağa cəhd ediblər.
Minlərlə adam dünya boyu keçirilən mitinqlərə qoşulub. Görünür ki, etirazlar son illər ərzində Rusiyada keçirilən ən böyük narazılıq nümayişləridir. Nümayişçilər korrupsiya iddialarına görə Baş nazir Dmitri Medvedevin istefasına çağırış edib.
Paytaxtda keçirilən aksiyaya görə şəhər boyu polisin sayı çoxdur. Etirazçılar “Putinsiz Rusiya!” və “Putin oğrudur!” kimi şüarlar səsləndiriblər.
Navalnı aksiyaya qoşulanda polis tərəfindən saxlanılıb, Rusiya mediası xəbər verir.
Bundan sonra göndərdiyi Twitter mesajında o, aksiya iştirakçılarını mitinqə davam etməyə çağırıb. “Dostlar, mən yaxşıyam. Mənim üçün mübarizə aparmağa dəyməz. Tverskaya küçəsilə gedin. Bugünün mövzusu - korrupsiya ilə mübarizədir”, o tvitləyib.
Oxunub: 3657
Oxşar xəbərlər
- Rusiyada kütləvi dava - Azərbaycanlı ağır yaralandı
- Rusiyada yaşayan azərbaycanlı alim vəfat etdi
- Rusiyada qəza: 10 nəfər ölüb
- Rusiyada həmyerlimiz 12 il azadlıqdan məhrum edildi
- Rusiyada dəhşətli terrorun qarşısı alınıb
- Rusiyada tatar dili dövlət dili ola bilər
- Rusiyada terrorun qarşısı alındı
- Rusiyada faciə - 5 uşaq yanıb öldü
- Rusiyada öldürülən azərbaycanlı tələbənin meyiti Bakıya gətirildi
- Rusiyada yaşayan azərbaycanlılar yeni diaspor təşkilatı yaradır