Bayram günlərində həbsxanalarda əməliyyat - Narkotik tapıldı


02:44     28 Mart 2017 hebsxana%20qadin%20azadliq%20efv.jpg

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına qadağan olunan əşyaların və narkotik maddələrin keçirilməsinə qarşı mübarizə aparılır.


Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az -a verilən məlumata görə, Penitensiar Xidmətin Baş idarəsinin və tabe qurumların birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirlərinin nəticəsində Novruz bayramı günlərində 6 mobil telefon, habelə narkotik maddə və uyuşdurucu dərman preparatlarının müəssisələrə keçirilməsinin qarşısı alınıb.

Faktlar üzrə toplanılan materiallar hüquqi qiymət verilməsi üçün müvafiq orqanlara göndərilib.

Açar sözlər:

Oxunub: 1475