Yenə İranla sərhəd, yenə narkotik...


14:36     28 Mart 2017 bagirsaq%20heroin.jpg

İrandan gələn vətəndaşın daxili orqanında narkotik vasitə aşkar edilib.


Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı vətəndaşın daxili orqanında (düz bağırsağında) 1 ədəd bükümdə xalis çəkisi 12,970 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 778