Yenə qidadan zəhərlənən var


20:24     04 Yanvar 2018 zeherlenme.png

Lənkəranda zəhərlənmə faktı qeydə alınıb.


Femida.az-ın məlumatına görə, rayonun Rvo kənd sakini, 1984-cü il təvəllüdlü Zaur Məhərrəm oğlu Qurbanov qidadan zəhərlənib. Z. Qurbanov təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona müvafiq yardım göstərilib.

Vəziyyətinin normal olduğu bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 800