Azərbaycanda daha bir yazar intihar edib
20:32 30 Mart 2017
Bu gün Yasamal rayonu ərazisində intihar hadisəsi baş verib.
Femida.az BakiPost.az-a istinadən xəbər verir ki, Rizvan Axundov adlı şəxs özünü yaşadığı mənzildə asıb. İlkin məlumata görə, onun intihar səbəbi məliyyə problemləri ilə bağlı olub. Mərhumun bank kreditlərinin olduğu, üstəlik bir müddətdir, işsizlikdən əziyyət çəkdiyi bildirilir.
R.Axundov 1972-ci ildə Ağdamda anadan olub. 1994-cü ildə İqtisad Universitetinin maliyyə-kredit fakültəsini fərqlənməylə bitirib. 1994-98-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında Aspiranturada oxuyub. Mərhum elmi fəaliyyətlə yanaşı bəddi yaradıcılqla da məşğul olub. O, Rizvan Qorxmaz imzasıyla şeirlər və hekayələr yazırmış. “Qəlbin kövrək telləri” adlı kitabı da nəşr olunub.
Ailəlidir, bir övladı var.
Femida.az
Oxunub: 2279
Oxşar xəbərlər
- Azərbaycanda 5541 əcnəbi tələbə təhsil alır
- Azərbaycanda rekord əməliyyat - 134 milyonluq
- Azərbaycandan Türkiyəyə gedən avtobus kül oldu
- Azərbaycanda zəlzələ oldu
- Azərbaycanda bu dövlət qurumunun əmlakı satışa çıxarıldı
- Azərbaycanda sürüşmə təhlükəsi - XƏBƏRDARLIQ
- Azərbaycanda yeni publik hüquqi şəxs yaradıldı
- Azərbaycanda seysmik aktivlik fon səviyyəsindədir
- Azərbaycanda daha bir bank çöküşdə
- Azərbaycanda hamı bu məşqçi nənədən danışır - VİDEO