İranlı külli miqdarda dollar aparmaq istədi


16:40     03 Aprel 2017 dollar%20qacaqmal%20olkeden%20cixaranda.jpg

Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.


Femida.az-ın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Tehran aviareysilə getmək istəyən İran vətəndaşı Amirahmadi Mohammadrezanın əl çantası rentgen aparatından keçirilərkən monitorda kağız pulların təsviri görünüb.

Vətəndaş saxlanılıb və onun əl çantası yoxlanılıb. Nəticədə, çantada əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 172 ədəd - hər biri 100 ABŞ dolları nominalında pul əsginasları olmaqla, cəmi 17 200 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 805