İranlı jurnalist İsrailə qaçdı


21:45     10 Avqust 2017 1502363088_jurnalist-1.jpg

İsraildən sığınacaq istəyən İran vətəndaşı, 33 yaşlı jurnalist Neda Amin avqustun 10-da həmin ölkəyə gedib.


Ölkənin daxili işlər naziri Arye Deri onun xahişini qəbul edib.

Neda Amin 3 il əvvəl İranda edam edilməkdən qaçaraq Türkiyəyə sığınıb. Məlumata görə, Türkiyə onu İrana qaytarmaq niyyətində olub.

İsrail Jurnalistlər Birliyi dövlətin daxili işlər nazirinə iranlı jurnalistə sığınacaq verilməsi ilə bağlı müraciət edib.

Müraciətdə onun peşəkar fəaliyyətinə görə təhdid edildiyi vurğulanıb.

Neda Amin "Times of Israel” saytına fars dilində bir neçə məqalə də yazıb.

Femida.az

Açar sözlər:

Oxunub: 739