İranlı qadın spikerin pivəli fotosu ölkəni qarışdırdı


00:26     28 İyul 2017 5979c36ac9de3d06f022b829jpg.jpeg

İranda dövlət televiziyasının məşhur spikerlərindən olan Azadeh Namdari İsveçrədə tətildə olduğu zaman pivə içərkən görüntülənib.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, saçları açıq şəkildə spirtli içki içən Namdari sosial şəbəkədə tənqid atəşinə tutulub, yerli media isə onu ikiüzlülükdə ittiham edib.

Spiker şəkildə ailəsi ilə birlikdə olduğunu və yanında əyləşənlərin qadın qohumları olduğuna görə saçlarını açıq qoyduğunu söyləyərək bu cür rahat davranmasının normal olduğunu ifadə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 3651