Bu zolaqlara 24 saat nəzarət olunacaq
20:32 03 Aprel 2017
IV İslam Oyunlarında Bakıda hərəkət zolaqları tətbiq ediləcək küçə və prospektlərin siyahısı açıqlanıb.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin Femida.az-a verdiyi məlumata görə, Ziya Bünyadov prospekti, Bakı dairəvi yolu, Səlyan şosesi, Bibiheybət yolu 1, Bibiheyət yolu 2, Neftçilər prospekti, Qara Qarayev prospekti (bütün yol), Atatürk prospekti, Fətəli xan Xoyski küçəsi, Vaqif prospekti, Hənifə Ələsgərov küçəsi, Tbilisi prospekti, Abdulvahab Salamzadə küçəsi və Böyükşor şosesində ayrılacaq hərəkət zolaqlarında nəqliyyatla İslam Oyunlarında iştirak edəcək idmançılar və qonaqlar daşınacaq: "Yollarda çəkilmiş xüsusi zolaqlara IV İslam Həmrəyliyi Oyunlarına cəlb olunmuş nəqliyyat vasitələri istisna olmaqla digər nəqliyyat vasitələrinin girişinə qadağa qoyulacaq, yalnız xüsusi buraxılışı olan nəqliyyat vasitələri, xüsusi loqolarla işarələnmiş nəqliyyat vasitələri bu zolaqlarla hərəkətə edə biləcək".
K. Əliyev bildirib ki, əgər digər nəqliyyat vasitələrinin sürücüləri bu zolaqlara daxil olacaqlarsa, onlar inzibati məsuliyyətə cəlb olunacaq: "Bu zolaqlara 24 saat nəzarət olunacaq. Sürücülər Mayın 1-dən 25-nə kimi zolaqlara çıxmasınlar".
Femida.az
Oxunub: 533
Oxşar xəbərlər
- Bu yola girənlər DİQQƏT - CƏRİMƏ olunacaqsız
- Bu günə olan HAVA PROQNOZU
- Bu günün hava proqnozu
- Bu şəxslərin maaşı artırıldı
- Bu il vərəmdən ölənlərin sayı azalıb
- Bu gündən 5 günlük tətil başlayır
- Bulvarda atəşfəşanlıq olacaq? - Meriyadan AÇIQLAMA
- Bu şəxslər peşə məktəblərində pulsuz oxuya biləcəklər
- Bu il 266 uşaqda kardiocərrahiyyə əməliyyatı icra edilib
- Bu yollarda güclü tıxac var - SİYAHI