Şəkidə qadın intihara cəhd etdi


16:17     08 Avqust 2015 img1596513asdasf.jpg

Şəkidə 82 yaşlı qadın intihara cəhd edib.


Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, avqustun 7-i axşam saat 17:50 radələrində Şəki şəhəri S. Kazımov küçəsi ev 10 ünvanında yaşayan, 1933-cü il təvəllüdlü Rübabə Əyyub qızı Lətifova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 82 yaşlı Rübabə Lətifova intihar etmək məqsədi ilə sirkə turşusu qəbul edib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Rübabə Lətifovaya lazımı tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1070