45 min müəllimin maaşı artırılacaq
17:30 07 Aprel 2017
“Bu il Azərbaycan diaqnostik qiymətləndirilməsi keçiriləcək müəllimlərin sayı açıqlanıb”.
Femida.az-ın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov mətbuat konfransında bildirib. İl ərzində il 45 minə yaxın müəllimin diaqnostik qiymətləndirməyə cəlb ediləcəyini deyən müdir müavini əlavə edib ki, bununla ölkədə bütün müəllimlər diaqnostik qiymətləndirmədən keçiriləcək. Onların əmək haqları 2018-ci ilin yanvarından artırılacaq.
E. Bağırov bildirib edib ki, bu il ilk diaqnostik qiymətləndirmə aprelin 16-21-də Bərdə Olimpiya İdman Kompleksində təşkil olunacaq. Qiymətləndirmədə Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Kəlbəcər, Xocavənd və Cəbrayıl rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər iştirak edəcək. Ağstafa, Tovuz və Qazax rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi 25-27 apreldə Tovuz rayonunda keçiriləcək. Qax, Qəbələ, Şəki, Zaqatala, Balakən, Oğuz, həmçinin bu rayonlarda yerləşən Ağdam, Laçın, Kəlbəcər və Xocalı rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin qiymətləndirilməsi mayın 1-6-da Qax rayonunda təşkil olunacaq. Mayın 12-17-də isə Mingəçevirdə keçiriləcək diaqnostik qiymətləndirmədə Mingəçevir və Naftalan şəhər, Yevlax, Ağdaş, Goranboy, Göyçay, eləcə də bu rayonlardakı Kəlbəcər, Ağdam, Xocalı və Laçın rayonlarının ümumi təhsil müəssisələrinin müəllimləri iştirak edəcək.
E. Bağırov qeyd edib ki, Bakıda keçiriləcək diaqnostik qiymətləndirmə isə iki gün davam edəcək. Mayın 24-25-də keçiriləcək qiymətləndirməyə Bakı şəhərindəki Zəngilan, Xocavənd, Cəbrayıl, Xocalı, Kəlbəcər, Ağdam, Füzuli və Laçın rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlər cəlb ediləcək: “Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az
Femida.az
Oxunub: 1546
Oxşar xəbərlər
- 45 minə yaxın müəllimin maaşı artıb
- 45 yaşlı kişi faciəli şəkildə öldü
- 45 ədəd telefon oğurlayan şəxs tutulub
- 45 yaşlı kişi ikinci mərtəbədən yıxıldı
- 45 yaşlı kişi hamamda özünü asdı
- 45 mln. dollar rüşvət alan məmuru edam edəcəklər
- 45 yaşlı kişi özünü yandırdı
- 4500 nəfər Qarabağda itkin düşüb
- 454 nəfərin məşğulluğu təmin edilib
- 450 min manata görə 11 il HƏBS