Azərbaycanda seçicilərin sayı açıqlanıb


21:09     07 Aprel 2017 secki%20sesverme%20mehkumlar.jpeg

Seçici siyahılarının dəqiqləşdirilməsi prosesi davam edir.


Femida.az-ın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, may ayının sonuna qədər ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatmalıdır: "10 gün ərzində ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsi prosesi qeyri-formal olaraq başa çatacaq. Proses mayın sonuna qədər rəsmən yekunlaşacaq. İndiyə qədər bizim seçici siyahıları ilə bağlı problemimiz olmayıb".

MSK sədri indiyə qədər aparılan dəqiqləşdirmələr nəticəsində Azərbaycanda seçicilərin ilkin sayını da açıqlayıb: "Hazırda əlimizdə olan məlumata görə, Azərbaycanda 5 milyon 163 min 927 seçici var. Bu, keçən illə müqayisədə 36 min 816 nəfər çoxdur. Seçici siyahılarının dəqiqləşdirilməsi prosesi mayın sonuna qədər davam edəcək".

Femida.az

Açar sözlər:

Oxunub: 1200