Ramil Usubov Göyçaya gedir


15:19     08 Aprel 2017 ramil%20usubov%20femida.jpg

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov aprelin 29-da Göyçayda vətəndaşları qəbul edəcək.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsində keçiriləcək qəbul saat 10:00-da başlayacaq.

Qəbulda Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş şəhər və rayonlarının sakinlərini iştirak edəcək. Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 885