Cocuq Mərcanlıda mina və top mərmisi tapılıb


21:40     11 Aprel 2017 anama%206%20may%202016.jpg

Bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 2 775 ədəd qəlpə, 1 ədəd tank əleyhinə TM-57 minası və 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1) aşkar edilib.


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Femida.az-a verilən məlumata görə, mina və mərmi zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 49 615 kv.m ərazi (3 103 kv.m əllə, 15 600 kv.m mexaniki üsulla, 30 912 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 547