Qubada sərnişinlə dolu avtobus aşdı - Yaralılar var


16:49     13 Aprel 2017 avtobus17.jpg

Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az xəbər verir ki, Bakı-Quba yolunun 173-cü km-də, Quba-Atuc istiqamətində hərəkətdə olan, Ramin Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtobus yoldan çıxararaq aşıb.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1858