Lapşin həbsdə qaldı


20:08     13 Aprel 2017 lapsin%20getirili%20azvision.jpg

Bloger Aleksandr Lapşinin apellyasiya şikayəti təmin olunmayib. Femida.az xəbər verir ki, bu barədə APA-ya A. Lapşinin vəkili Eduard Çernin məlumat verib.


Bakı Apellasiya Məhkəməsinin hakimi Həbib Məmmədovun sədrliyi ilə keçirilən iclasda A. Lapşinin həbs müddətinin 3 ay uzadılmasına dair qərardan verilən apelyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 740