37 min manata görə 37 il həbs


19:16     18 Aprel 2017 hebs%20misir7.jpg

Dələduzluqda və oğurluqda təqsirləndirilən mütəşəkkil dəstə üzvləri - Adil Hacıyev, Ramin Manafov, Ruslan İbadov, Vəfa Qaraşova və Xədicə Qasımovanın cinayət işi üzrə məhkəmə başa çatıb.


Femida.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son sözlə çıxıb ediblər.

Təqsirləndirilən Vəfa Qaraşova vəXədicə Qasımova məhkəmədən ədalətli qərar çıxarmasını xahiş ediblər.

Təqsirləndirilən Ruslan İbadov isə son sözündə peşman olduğunu bildirib. O, həmçinin qeyd edib ki, burda onlarla ittiham olunan qızların heç bir günahı yoxdur.

Hakimlər kollegiyası hökmünə əsasən, Ramin Manafov və Adil Hacıyev 10 il, Ruslan İbadov 8 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Vəfa Qaraşova 4 il 5 ay, Xədicə Qasımova 4 il 2 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər zərərçəkmiş Əli Qarayevin Bakı şəhərində yerləşən mənzilində kirayə yaşayıblar. Onlar mənzildən 37 min manatlıq oğurluq ediblər. Onlar həmçinin, Bakı sakininin etibarından sui-istifadə edərək, saxta qızıl girov qoyaraq, onun 3200 manatlıq pulunu dələduzluq yolu ilə ələ keçiriblər.

İstintaq dövründə Ruslan İbadov, Vəfa Qaraşova və Xədicə Qasımova barəsində polisin nəzarətinə vermə qəti-imkan tədbiri seçilib. Lakin məhkəmənin hazırlıq iclasında onlar məhkəmə zalından həbs edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 838