37 yaşlı kişini ilan sancdı
14:15 22 İyun 2017
Şəkidə 37 yaşlı kişini ilan sancıb.
Femida.az xəbər verir ki, Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, iyunun 21-i saat 23.00 radələrində rayonun Aşağı Göynük kənd sakini, 1980-ci il təvəllüdlü Elmar Mahir oğlu Ağabalayev ilan sancma xəsarəti ilə xəstəxanaya daxil olub.
Məlum olub ki, E.Ağabalayev ailəsinə məxsus əkin sahəsində iş görən zaman ilan qəfildən onun sol ayağının baş barmağından sancıb.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Elmar Ağabalayevə lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub. Vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.
Femida.az
Oxunub: 729
Oxşar xəbərlər
- 37 yaşlı kişinin qollarını şüşə doğradı
- 37 yaşlı qadını ilan sancdı
- 37 yaşayış məntəqəsinə təbii qaz verilib
- 37 min manat pul, 40 metr kabel - Bakıda oğurluq
- 37 yaşlı kişini qaynı döydü
- 37 min manata görə 37 il həbs
- 374 nəfər sərhəddə tutulub
- 37 yaşlı qadını maşın vurdu
- 37 yaşlı kişi bıçaqlanıb
- 37 dərəcə isti olacaq