Binəqədidə kafe yandı


18:32     19 Aprel 2017 femida%20yangin25.jpg

Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib.


Femida.az FHN-ə istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 47 m2 olan kafenin taxta konstruksiyalardan ibarət mətbəxi 12 m2 sahədə və içərisində olan əşyalar yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən kafenin mətbəxindən 2 ədəd məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Kafenin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.

Yanğın saat 09:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 728