Bu rayonlarda qaz olmayacaq


23:59     10 Avqust 2015 qaz%20olmayacaq1.jpg

Sabah Şamaxı rayonunun Çuxuryurd və Sabir qəsəbələrinin, eləcə də rayonun Çaylı, Həmyə, Əcəxuram, Məlhəm, Nəsimi, Nağaraxana, Y. Məmmədəliyev, Cabanı və Cabanı-2 kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.


SOCAR-ın mətbuat xidmətindən Femida.az - a verilən məlumata görə, qaz təchizatındakı məhdudiyyətlərə səbəb sabah saat 10:00-dan 18:00-dək davam edəcək “Qaz İxrac” İdarəsinin Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Çuxuryurd” Qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında carı təmir işləridir.

Açar sözlər:

Oxunub: 954