Kərəm Həsənov vətəndaşlarla görüşəcək


13:55     25 Aprel 2017 kerem%20h.png

Aprelin 28-də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Tərtər rayonunda vətəndaş qəbulu keçirəcək.


Komitədən Femida.az-a verilən məlumata görə, qəbul saat 11:00-da Tərtər Rayon Gənclər Mərkəzində keçiriləcək.

Qəbulda Tərtər ilə yanaşı Naftalan, Goranboy, Kəlbəcər rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

K. Həsənov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı sahəsinə aid olan müraciətlər, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, icarə əsasında istifadə edilən dövlət obyekti və ya torpaq sahəsinin özəlləşdirilməsi, torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron poçt ünvanına yaza və yaxud aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08, daxili 105 və 349;
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsi: (02020) 5-56-05, (02223) 6-31-84

Femida.az

Açar sözlər:

Oxunub: 834