Kərəm Həsənov Şabranda qəbul keçirdi


17:28     25 Avqust 2017 kerem%20hesenov.jpg

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Şabranda vətəndaş qəbulu keçirib.


Femida.az xəbər verir ki, qəbulda Şabran ilə yanaşı Siyəzən rayonundan olan vətəndaşlar iştirak edib.

Qəbulda iştirak edən vətəndaşlar daşınmaz əmlakın sənədləşdirilməsi, o cümlədən əmlaka çıxarış, texniki pasport və digər sənədlərin alınması, dövlət mülkiyyətində olan əmlakın icarəsi və özəlləşdirilməsi ilə bağlı müxtəlif səpkili müraciətlərini səsləndiriblər. Müraciət edənlərin bir qismi onlara məxsus fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi, pay torpağı və mənzillərin qeydiyyatı, torpaq sərhədlərinin müəyyən edilməsi ilə bağlı məsələlərini bildiriblər.

Bəzi müraciətlər torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi, torpaqların icarəyə (istifadəyə)verilməsi zamanı komitədən rəylərin alınması məsələləri barədə olub.

Femida.az

Açar sözlər:

Oxunub: 810