Kərəm Həsənov qəbul keçirdi


02:04     28 Oktyabr 2017 kerem%20h.JPG

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov Şirvan şəhərində vətəndaşları qəbul edib.


Femida.az Komitəyə istinadən xəbər verir ki, qəbulda Şirvan şəhəri ilə yanaşı Hacıqabul və Sabirabad rayonlarından olan vətəndaşların müraciətlərinə də baxılıb.
Vətəndaşlara onların müraciətləri ilə bağlı mövcud qanunvericiliyin tələbləri çatdırılıb, araşdırılması zəruri olan müraciətlər qeydiyyata alınıb, Komitənin səlahiyyətinə aid olmayan müraciətlərin isə aidiyyəti üzrə çatdırılacağı bildirilib.
Müraciətlər mülkiyyət hüquqlarının tənzimlənməsi, daşınmaz əmlakın, o cümlədən fərdi yaşayış evlərinin, həyətyanı torpaq sahələrinin dövlət qeydiyyatına köməklik göstərilməsi, dövlət əmlakının özəlləşdirilməsi və icarəsi, pay torpaqlarına, kənd təsərrüfatı təyinatlı torpaqlara çıxarış alınması, vaxtilə vətəndaşlara ayrılmış torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi, torpaq sahələrinin təyinatı üzrə istifadəsi məsələləri ilə bağlı olub.
Qəbul prosesində vətəndaşlara, kəndlilərin və fermerlərin bilavasitə olduqları ərazidə xidmət göstərən mobil torpaq laboratoriyalarının iş prinsipi, faydalılığı barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, mobil torpaq laboratoriyaları vasitəsilə kəndlilər, əkin işi ilə məşğul olan vətəndaşlar torpaqların keyfiyyət göstəricilərini əvvəlcədən müəyyən edə bilər. Kəndlilər aparılan torpaq analizlərinin nəticələrinə əsasən yaxşı məhsul almaq üçün lazımi, o cümlədən aqrokimyəvi tədbirlər barədə operativ olaraq məlumat alırlar. Mobil laboratoriyaları birbaşa kəndilinin, fermerin, əkin biçin işi ilə məşğul olunan sahələrində xidmət göstərir, operativ qaydada torpaqların tədqiqatını aparır. Eyni zamanda səyyar laboratoriyalar vasitəsilə hüquqi və fiziki şəxslərin fərdi müraciətləri əsasında bağlanmış müqavilələr üzrə torpaq tədqiqatı işləri aparılıb.
Respublikada aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən söz açan sədr K.Həsənov qeyd edib ki, komitə tərəfindən torpaq sahələrinin kateqoriyasının və təyinatının kənd təsərrüfatı məqsədləri üçün dəyişdirilməsi ilə bağlı tədbirlər görülüb. Ölkə ərazisində aqroparkların yaradılması məqsədi ilə torpaqların təyinatının dəyişdirilməsi istiqamətində geniş tədbirlər görülür. Qəbul zamanı vurğulanıb ki, komitə tərəfindən torpaqların səmərəli istifadə olunması və mühafizəsinə nəzarət məqsədilə Bakı və regionlarda mütəmadi olaraq monitorinqlər və reydlər həyata keçirilir.
Sədr komitənin struktur və qurum rəhbərlərinə vətəndaş müraciətlərinə həssas yanaşılması, qanunvericiliyə əsasən cavablandırılması, vətəndaşlara göstərilən xidmətlərdə operativlik və şəffaflığın təmin olunması barədə tapşırıqlarını verib.

Femida.az

Açar sözlər:

Oxunub: 1183