Nazir üçtərəfli görüşdə iştirak edəcək - Moskvada


18:46     26 Aprel 2017 0elmar.jpg

Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti əsasında nazir Elmar Məmmədyarov aprelin 28-də Moskvada keçiriləcək Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.


Bu barədə Femida.az-a XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi müzakirə olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 816