Bakı-Sumqayıt yolunda hərəkət bərpa olunub
21:30 28 Aprel 2017
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində təmir-bərpa işləri aparılaraq yekunlaşdırılıb.
"Azəravtoyol" ASC-dən Femida.az-a verilən məlumata görə, təmir-bərpa işləri Ceyranbatan qəsəbəsindən Bakı şəhəri istiqamətində təqribən 1 km-lik hissədə aparılıb. Sözügedən hissə artıq sürücülərin istifadəsinə verilib.
Təmir-tikinti işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri və yol əsasının yararsız qruntu qazılaraq çıxarılıb. Daha sonra yol yatağı xüsusi material tökülərək yenidən kipləşdirilib, qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi işləri aparılıb.
Bundan başqa, səth və qrunt suların yoldan kənarlaşdırılması üçün təmir-bərpa işlərinin aparıldığı ərazidə yeni drenaj sistem də inşa edilib. Bu işlər yekunlaşdıqdan sonra yola xüsusi beton döşəyən texnika ilə 28 sm qalınlığında monolit-beton tökülüb.
Femida.az
Oxunub: 1209
Oxşar xəbərlər
- Bakı-Sumqayıt qatarlarına əlavə heyət qoşulub
- Bakı-Sumqayıt qatarının yeni hərəkət - Cədvəli
- Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişəcək
- Bakı-Sumqayıt qatarının altında qalıb öldü
- Bakı-Sumqayıt yolunda qəza - Ölən var
- Bakı-Sumqayıt yolunda qəza - Sürücü ağır yaralandı
- Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəli bərpa olundu
- Bakı-Sumqayıt qatarının hərəkətində problem yaranıb
- Bakı-Sumqayıt yolunda ağır qəza - VİDEO
- Bakı-Sumqayıt qatarı 2 gün işləməyəcək