İcbari ekoloji siğorta nədir?


16:54     12 Avqust 2015 fem.jpeg

Femida.az əhaliyə hüquqi maarifləndirmə layihəsini davam etdirir.

Budəfəki mövzu "İcbari ekoloji sığorta haqqında" Azərbaycan Respublikası Qanunun mahiyyətini ictimaiyyətə təqdim etməkdir.

"İcbari ekoloji sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən:

Ekoloji sığorta fəaliyyəti təhlükəli mənbəyi olan və mülki məsuliyyəti sığortalanan müəssisənin fərdi sahibkarın obyektində baş verən qəza və (və ya) texnogen fəlakət nəticəsində əhaliyə, əmlaka və ətraf mühitə vurulan zərərin ödənilməsi üçün təminat sisteminin yaradılmasına yönəldilən, qanuna görə həyata keçirilən sığortaçıların və sığorta bazarının digər iştirakçılarının fəaliyyətidir. Ekoloji sığorta fəaliyyəti "İcbari ekoloji sığorta haqqında" Qanunun 9.5 və 9.6-cı maddələrində göstərilən xüsusi bələdiyyə və dövlət mülkiyyətində olan müəssisələr əhatə edir.
Ətraf mühitin qəza nəticəsində çirklənməsi zamanı insanların həyatına və sağlamlığına, üçüncü şəxslərin əmlakına, habelə ətraf mühitə vurduğu zərərə görə təhlükəli mənbəyi olan müəssisələrin mülki məsuliyyəti ilə bağlı əmlak mənafeləri ekoloji sığorta obyektidir.

Ekoloji sığorta təhlükəli mənbəyi olan müəssisə ilə sığortaçı arasında qanunvericiliyə uyğun olaraq bağlanan müqavilə əsasında aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 2470