İcbari avtosığortalarla bağlı kağız dövrü bitdi


15:16     01 Noyabr 2017 sigorta-1.jpg

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə kağız daşıyıcıda daha əvvəl (2016-cı il 31 oktyabr, saat 23:59-dək) bağlanmış müqavilələrin (şəhadətnamələrin) təminat müddəti cari ilin 31 oktyabr tarixində saat 23:59-da bitib.


İcbarı Sığorta Bürosundan Femida.az-a verilən məlumata görə, bununla, kağız şəhadətnamə blanklarında rəsmiləşdirilmiş icbari avtoməsuliyyət sığortası müqavilələri tamamilə dövriyyədən çıxarılıb.

Qeyd edək ki, 1 noyabr 2016-cı il tarixindən etibarən icbari avtoməsuliyyət sığortası müqavilələri yalnız elektron sənəd formasında bağlanılır.

Femida.az

Açar sözlər:

Oxunub: 717