Azərbaycanda qanunsuz silahlı birləşmələrə qoşulan yoxdur - RƏSMİ
21:00 02 May 2017
“Son dövrlərdə xaricdə olan qeyri-qanuni silahlı dəstələrə Azərbaycandan qoşulan insanlar barədə bizim tərəfimizdən məlumat qeydə alınmayıb”
Femida.az xəbər verir ki, bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, bu istiqamətdə ideoloji qurumların, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və bu sahəyə aid qurumların apardığı təbliğat-təşviqat işi, həmçinin hüquq-mühafizə orqanlarının profilaktik tədbirləri, medianın yaydığı izahatedici məlumatlar öz təsirini göstərib və qeyri-qanuni silahlı dəstələrə qoşulanlar yoxdur:
“Qanunvericiliyə də bununla bağlı əlavə və dəyişikliklər oldu. Bütün bunların nəticəsində son dövrlərdə qeyri-qanuni silahlı birləşmələrə qoşulanlar olmayıb. Qeyri-qanuni silahlı birləşmələrə qoşulmaq üçün təbliğat aparan, vasitəçilik edən adamlar da tədricən sıradan çıxıb və yaxud da kənara çəkiliblər. Həmçinin, Azərbaycan ictimaiyyəti də bu məsələdə öz sözünü deyib”.
Femida.az
Oxunub: 824
Oxşar xəbərlər
- Azərbaycanda 5541 əcnəbi tələbə təhsil alır
- Azərbaycanda rekord əməliyyat - 134 milyonluq
- Azərbaycandan Türkiyəyə gedən avtobus kül oldu
- Azərbaycanda zəlzələ oldu
- Azərbaycanda bu dövlət qurumunun əmlakı satışa çıxarıldı
- Azərbaycanda sürüşmə təhlükəsi - XƏBƏRDARLIQ
- Azərbaycanda yeni publik hüquqi şəxs yaradıldı
- Azərbaycanda seysmik aktivlik fon səviyyəsindədir
- Azərbaycanda daha bir bank çöküşdə
- Azərbaycanda hamı bu məşqçi nənədən danışır - VİDEO