Baş Prokurorluqdan sərhəddəki atışma ilə bağlı AÇIQLAMA


21:26     02 May 2017 prok95.jpg

Azərbaycan Baş prokurorluğu Qusar meşələrində ötən gün sərhədçilərlə dövlət sərhədini pozmuş şəxs arasında baş vermis atışma, silahlının zərərsizləşdirilməsi barədə məlumat yayıb.


Femida.az xəbər verir ki, yayılan məlumatda deyilir:

2017-ci il mayın 1-də saat 21:30 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisində meşə massivində 1 nəfər silahlı şəxsin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib. Saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu 1991-ci il təvəllüdlü Elvin Məmmədyarov hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib. Faktla bağlı Qusar rayon prokurorluğunda müvafiq araşdırmalar aparılır”.

Femida.az

Açar sözlər:

Oxunub: 4442