5 yaşlı uşaq sünnət zamanı ölüb


01:28     04 May 2017 IMG-20160128-WA0000.jpg

Masallıda 5 yaşlı uşaq sünnət zamanı ölüb.


Hadisə rayonun Musaküçə kəndində qeydə alınıb.

Müsəküçə kənd sakini 5 yaşlı Kənan Abutalıb oğlu Hüseynovu sünnət etdirmək üçün təqaüddə olan həkim Ramiz Sadıqovu evə dəvət edib. Uşağın ağrı hiss etməməsi üçün ona ağrıkəsici iynələr vurulub.

Lakin uşağın halı pisləşib və sünnət əməliyyatı başlamadan dünyasını dəyişib.
Azyaşlının meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (apa)

Femida.az

Açar sözlər:

Oxunub: 1654