Misirdə 18 terrorçu məhv edilib


01:58     04 May 2017 2016-08-01-misir-ordusu-refaha-hava-saldirisi-duzenledi-46-olu.jpg

Misirin silahlı qüvvələri Sinay yarımadasının mərkəzi hissəsində gizli terrorçu dəstəyə qarşı geniş miqyaslı əməliyyat keçirib.


"TASS" agentliyinin yaydığı xəbərə görə, bu barədə 3-cü səhra ordusunun komandiri, general-mayor Məhəmməd Raafat məlumat yayıb.

Onun sözlərinə görə, əməliyyat zamanı 18 silahlı məhv edilib. Məhəmməd Raafat bildirib ki, əməliyyat zamanı ekstremistləri dəstəkləməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Qeyd edək ki, El-Halyal dağları əvvəllər silahlılar tərəfindən Şimali Sinaya hücum üçün hücum və sığınacaq məqsədilə istifadə edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 711