Sülh Platforması nəzdində “Sülh Səfirləri” institutu təsis olunub
19:05 04 May 2017
Ermənistan Azərbaycan Sülh Platformasının nəzdində “Sülh Səfirləri” institutu təsis olunub.
Sülh Platformasının mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, “Sülh Səfirləri” Sülh Platformasına üzv olan müxtəlif ölkələrin vətəndaş cəmiyyətlərinin fəal üzvləridir.
İnstitutun məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq hüquq tərəfindən tanınmış prinsip və normaları çərçivəsində Platformanın ideyalarının sürətli yayılması və sülh naminə insan resurslarının fəal və mobil istifadəsində Sülh Platformasına dəstəkdir. “Sülh Səfirləri”nin aşağıdakı hüquq və vəzifələri var:
- Yaşadıqları ölkələrdə Ermənistan-Azərbaycan Sülh Platformasını təmsil etmək, Sülh Platformasının adından danışmaq və təqdimatlar keçirtmək
- Sülh Platforması adından tədbir keçirtmək
- Beynəlxalq ictimaiyyətə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini çatdırmaq
- Öz fəaliyyətlərini Sülh Platformasının katibliyi ilə koordinasiya etmək və məsləhətləşmələr aparmaq.
Sülh Səfirləri adına Sülh Platformasının katibliyi tərəfindən hər ölkədən bir nümayəndə seçilir. Sülh Səfirləri Ermənistan-Azərbaycan Sülh Platformasının aktiv üzvləri arasında seçilir. Hazırda 7 müxtəlif ölkədən sülh səfiri təyin olunub. Aureliya Qriqoriu Moldova, Tatyana Krupa Ukrayna, Mişel İvor Belçika, Vitold Oleynik Polşa, Aleksey Averyaninkov Latviya, Yelena Stankoviç Serbiya, Domeniko Letiziya isə İtaliya üzrə sülh səfiri təyin edilib. “Sülh Səfiri” olmaq istəyən Sülh Platformasının üzvləri [email protected] ünvanına müraciət edə bilərlər.
Femida.az
Oxunub: 676
Oxşar xəbərlər
- Sülh Platforması prezidentlərə müraciət etdi
- Sülhməramlılarımız Əfqanıstana yola salınıb
- Sülh Platforması Ermənistan və Azərbaycan xalqını təbrik edib
- Sülh Platforması İqtisadi Forumunda iştirak edir
- Sülh Platformasında fransız yazıçı ilə görüş keçirilib
- Sülhməramlılarımızın bir qrupu geri dönüb
- Sülh Platformasından erməni vəhşiliyi ilə bağlı BƏYANAT
- Sülh Platforması Martirosyanla bağlı bəyanat yayıb
- Sülh Platformasının Ukrayna üzrə sülh səfiri təyin edilib
- Sülh Platformasının gələcəyi müzakirə olunub