Sülh Platformasının gələcəyi müzakirə olunub


14:56     12 May 2017 platforma-gorush-1-2.jpg

Mayın 11-də Ermənistan-Azərbaycan Sülh Platformasının üzvləri olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri, Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan üzrə təmsilçisi Ümüd Mirzəyev, Qafqaz Tarixi Mərkəzinin direktoru, AMEA-nın İnsan Haqları İnstitutunun elmi əməkdaşı Rizvan Hüseynov, Rusiya Federasiyasının Udmurtiya Respublikasının deputatı Elgiz Hacıyev Sülh Platformasının Azərbaycandan olan həmkoordinatoru Orxan Nəbiyev ilə Platformanın ofisində görüş keçiriblər.


Sülh Platformasının mətbuat xidmətindən verilən məlumata görə, görüş əsnasında Sülh Platformasının hazırkı durumu və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1145