Azad Rəhimov müharibə veteranları ilə görüşüb
13:45 08 May 2017
Gənclər və idman naziri Azad Rəhimov İslam Həmrəyliyi oyunları Əməliyyat Komitəsində Böyük Vətən Müharibəsinin bir qrup veteranı ilə görüş keçirib.
Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, A. Rəhimov veteranları Qələbənin 72-ci ildönümü münasibətilə təbrik edərək, onların vətən, xalq qarşısında əvəzsiz xidmətlərindən, gənc nəslə nümunə olmalarından danışıb və hər birinə can sağlığı arzulayaraq, bu səpkili görüşlərin ardıcıl olmasının vacibliyini bildirib.
Tədbirin yekununda nazir Azad Rəhimov Veteranlara IV İslam Həmrəyliyi oyunlarının açılış mərasiminə biletlər və eyni zamanda, Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanmış xüsusi hədiyyələr təqdim edib, onlarla xatirə şəkli çəkdirib.
Femida.az
Oxunub: 1111
Oxşar xəbərlər
- Azadlıq prospektinin bir hissəsi təmir edilib
- Azadlıq prospektində qan töküldü
- Azad Rəhimov Monako şahzadəsi ilə görüşüb
- Azad Rəhimov nazir vətəndaşlarla görüşdü
- Azad Rəhimov Rusiyada səfərdədir
- Azad Rəhimov İstanbula gedib
- Azadlığa çıxdı, yenidən həbs olundu
- Azad iqtisadi zonaların yaradılması işi sürətləndirilir - Sərəncam
- Azadlıq tumunu əkən şəhidlər - Xiyabandan videoreportaj
- Azad Rəhimov ilin hesabatını verdi