Azad Rəhimov nazir vətəndaşlarla görüşdü


20:31     03 Noyabr 2017 15097007932053830063_1000x669_1509700926.jpg

Noyabrın 3-də gənclər və idman naziri Azad Rəhimov Ağdaşda Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir,Tərtər, Ucar, Zərdab şəhər və rayon sakinlərini qəbul edib.


Gənclər və İdman Nazirliyindən Femida.az-a bildiriblər ki, Heydər Əliyev Mərkəzində keçirilən və ümumilikdə, 20-dən artıq vətəndaşın iştirak etdiyi qəbulda müxtəlif sahələr üzrə müraciətlərə baxılıb.

Qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, müxtəlif layihələrin maliyyələşdirilməsi və onlara dəstək göstərilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, istirahət düşərgələrinin təşkili, Gənclər mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti gənclər sahəsini əhatə edən müraciətlər sırasında olub.

Fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman komplekslərinin, idman mərkəzlərinin tikintisi və təmiri, Uşaq Gənclər və İdman mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı və s. mövzular idman sahəsində vətəndaş müraciətləri sırasında öz əksini tapıb.

Bir sıra müraciətlər yerindəcə həll olunub. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 674